Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

“Ağrısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm.

Yaxşı və pis gündə bir yerdə olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm”, – deyə, Türkiyə prezidenti bildirib.

Gununsesi.info