
Yaponiyanın İvate prefekturasında baş verən meşə yanğını ilə əlaqədar 2114 nəfərin təxliyəsi barədə xəbərdarlıq edilib. Yanğın zamanı bəzi evlərə ziyan dəydiyi, alovla mübarizənin davam etdiyi bildirilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bölgəyə göndərilən çoxlu sayda yanğınsöndürmə briqadasının alovla mübarizəni davam etdirdiyi, yanğının daha da yayılma riski səbəbiylə 873 təsərrüfatda yaşayan ən azı 2114 nəfərin təxliyə olunduğu bildirilib.
Yanğın bölgədəki həyata da mənfi təsir edib. Tohoku Elektrik Distribution Şirkəti Ofunato City ilə əlaqəli şəhərlərdə 200-dən çox ev təsərrüfatının elektriksiz qaldığını açıqladı.
Orxan