Sabah Əfv Komissiyasının iclası olacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, iclas sabah baş tutacaq.
Qeyd edək ki, komissiyanın son iclası fevralın 12-də keçirilib.İclasda 100-dən artıq müraciət müzakirə olunub.
Komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.