Valideynlə mübahisədən sonra ölən müəllimlə bağlı açıqlama

  • By Günel
  • 27 Fevral 2025 08:28

Bakı şəhəri 25 nömrəli tam orta məktəb təhsil müəssisəsinin müəlliminin vəfatı ilə bağlı məsələyə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, qurumdan Oxu.Az-a verilən məlumata görə, məktəbin müəllimi Xeyransa Karakova ürək çatışmazlığı səbəbindən dəfələrlə xəstəxanada müalicə alıb.

“Fevralın 24-də evində halı pisləşərək xəstəxanaya yerləşdirilən X.Karakova fevralın 26-da orada dünyasını dəyişib. Müəllimin vəfatı səbəbi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”, – deyə məktəbin məlumatında bildirilib.

Gununsesi.info