Oğlunun ölümünə görə gəlininin ailəsini məzar başında güllələdi

Adanada qəbiristanlığı ziyarət edərkən ana və iki qızını tapança ilə öldürən həbs olunan şübhəlinin məhkəməsi başlayıb.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Adana 10-cu Ağır Cəza Məhkəməsində keçirilən iclasda müttəhim Şəmsəddin Erkuvan həbsxanadan Audio və Vizual İnformasiya Sistemi vasitəsilə iştirak edib, tərəflərin vəkilləri də məhkəmə zalında olub.

Ərküvan müdafiəsində oğlu Müzəffər Ərküvanın qəbiristanlıqda baş verən hadisədən 2 ay əvvəl dünyasını dəyişdiyini bildirib.

Oğlunun intihar etdiyinə inanmadığını deyən Erkuvan, hadisə baş verən gün oğlunun məzarını ziyarət etməyə getdiyini, gəlini Güldane, anası Şenay və böyük bacısı Qayenin də təsadüfən orada olduğunu bildirib.

“Onları görəndə hirsləndim və oğlumu kimin öldürdüyünü soruşmaq üçün silahımı çıxartdım. Bu arada gəlinim Güldanəyə “Niyə belə etdin, hər şey sənin üzündən oldu” dedim.  Sonra da əsəbləşdim və hamısını güllələdim. Öldürmək fikrim yox idi, belə olsaydı, əvvəldən edərdim. Kaş ki, əlim qırılsaydı, etməzdim. Bir anlıq hirslə bunu etdim, peşman oldum”,- o, əlavə edib.

Dövlət ittihamçısı mahiyyəti üzrə rəyində təqsirləndirilən şəxsin “qəsdən adam öldürmə” və “lisenziyasız odlu silah və güllələr əldə etmə, gəzdirmə və ya saxlama” cinayətinə görə ömürlük azadlıqdan məhrum edilməsinin lehinə rəy verib.

Məhkəmə kollegiyası vəkilləri də dinləyib və həbs qətimkan tədbirinin davam etdirilməsinə qərar verib və müttəhimin rəyə qarşı müdafiəsini hazırlaması üçün iclası təxirə salıb.

Orxan

Gununsesi.info