
Azərbaycanın Moskvadakı səfirliyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Gununsesi.info xəbər verir ki, Rusiya bürosunun məlumatına görə, mərasimdə diplomatik missiyanın nümayəndələri, ictimai xadimlər, alimlər, tələbələr və Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Səfirliyin foyesində Xocalı faciəsi qurbanlarının şəkilləri ilə memorial stend quraşdırılıb.
Həmçinin tədbirdə Rusiyada təhsil alan azərbaycanlı tələbələr çıxış ediblər, axşamın sonunda isə Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş kamera musiqisi konserti keçirilib.