
“ABŞ və Rusiyanın yüksəkrütbəli diplomatları fevralın 27-də İstanbulda görüşəcək”.
Gununsesi.info bildirir ki, bunu Dohada jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, görüşün məqsədi hər iki ölkədəki səfirliklərin normal fəaliyyətinin bərpasını müzakirə etməkdir:
“Belə bir görüş sabah İstanbulda baş tutacaq və düşünürəm ki, onun nəticələri bizim nə qədər tez və effektiv hərəkət edə biləcəyimizi göstərəcək”.