
İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryanın evi qarət edilib.
Gununsesi.info Ermənistanın “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.
Hadisə zamanı böyük məbləğdə vəsait oğurlanıb.
Qəzet, həmçinin yazır ki, dünən axşam hüquq-mühafizə orqanlarının əməkdaşları qarətdə iştirak etməkdə şübhəli bilinən dəstə üzvlərini saxlayıb.
Bildirilib ki, saxlanılan şəxslər paytaxt İrəvanda və ölkənin digər regionlarında digər rəsmi şəxslərin də evini qarət ediblər.