Sabah Ramazan ayının başlaması ilə bağlı fətva veriləcək

  • By Günel
  • 26 Fevral 2025 19:57

Sabah Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlaması ilə bağlı fətva veriləcək.

Gununsesi.info xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, ilahiyyatçı-alim Fuad Nurullayev deyib.

“Sabah Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlaması münasibəti ilə tədbir keçiriləcək, elə tədbirdə də fətva veriləcək”, – F. Nurullayev bildirib.

Gununsesi.info