Texasda ilk ölüm: Peyvənd olunmamış uşaq qızılcadan ölür

ABŞ-ın Texas ştatında qızılcaya yoluxma hallarının artmasından sonra ilk ölüm halları qeydə alınıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ- ın Texas ştatında qızılca xəstəliyindən ilk ölüm halları qeydə alınıb . İki nəfərin öldüyü açıqlanıb, onlardan biri qızılcaya qarşı peyvənd olunmamış uşaqdır.

Həyatını itirən uşağın neçə yaşında olduğu bildirilməyib.

Bildirilib ki, Texasda 9 fərqli bölgədə müşahidə edilən qızılca epidemiyasına yoluxanların sayı 124-ə yüksəlib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin verdiyi açıqlamaya görə, 1 həftə ərzində yoluxma sayı 5 qat artıb. Statistikaya görə, qızılcaya yoluxma hallarının böyük əksəriyyəti 18 yaşdan kiçik insanlarda olur.

Bildirilir ki, qızılca xəstəliyi adətən ölümlə nəticələnmir. Bununla belə, hər il dünyada 100 mindən çox insanın qızılca səbəbiylə həyatını itirdiyi qeyd edilir .

Bu səbəbdən Texasda epidemiya zamanı hər an yeni ölümün baş verə biləcəyi xəbərdarlığı var.

Orxan

Gununsesi.info