İran yenidən İsraili vurdu - 3 ölü, 140 yaralı

  • By Günel
  • 15 İyun 2025 09:39

İran ötən gecə yenidən İsrailə hücum edib.

Gununsesi.info xəbər verir ki, İrandan atılan raketlər Tel-Əvivin ətrafı Bat Yam və Rehovot ərazilərinə düşüb.

Zərbələr nəticəsində 3 nəfər ölüb, 140-dan çox insan yaralanıb.

“The Times of Israel” qəzetinin yazdığına görə , raket Bat Yam şəhərində yaşayış binasına düşüb. Dağıntılar altından 60 və 70 yaşlı iki qadının, həmçinin 13 yaşlı uşağın meyiti çıxarılıb.

Gununsesi.info