Ərdoğan Pezeşkianla danışıqlar apardı - FOTO

  • By Günel
  • 14 İyun 2025 22:57

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığında İsrail və İran arasındakı münaqişə, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan İsrailin İrana qarşı hücumlarını qınadığını, həlak olanlara görə İran xalqına başsağlığı verdiyini bildirib.

Ərdoğan Pezeşkianla danışıqlar apardı

 

Gununsesi.info