Dünya çempionatı: Azərbaycan cüdoçusunun ümidi bürünc medala qaldı - YENİLƏNDİ

  • By Günel
  • 15 İyun 2025 16:55

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.

Gununsesi.info xəbər verir ki, rəqib Serbiya təmsilçisi Baysanqur Baqayev olub.

Rəqibinə uduzan Məmmədəliyev mübarizəni təsəlliverici görüşdə davam etdirəcək. Onun rəqibi yaponiyalı Tatsuki İşihara olacaq.

***

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycanın daha 2 cüdoçusu çıxışını medalsız başa vurub.

Gununsesi.info xəbər verir ki, qadınların mübarizəsində 57 kq çəki dərəcəsində yer alan Fidan Əlizadə 1/16 finala təsadüf edən ilk görüşündə serbiyalı Marika Perişiçə uduzub.

Yalnız Rəşid Məmmədəliyev mübarizəyə qələbə ilə başlayıb. O, 1/16 finalda BƏƏ təmsilçisi Kazbek Naquçevi üstələməyi bacarıb. 1/8 finalda isə rəqib gürcüstanlı olimpiya, ikiqat dünya və dördqat Avropa çempionu Laşa Şavdatuaşvili olub. Rəqibinə qalib gələn Məmmədəliyev növbəti mərhələyə yüksəlib.

1/4 finalda rəqib Serbiya təmsilçisi Baysanqur Baqayev olacaq.

Gununsesi.info