Ərdoğan Ərəbistan şahzadəsi ilə İsrail-İran münaqişəsini müzakirə etdi - FOTO

  • By Günel
  • 14 İyun 2025 20:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefonla danışıb.

Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, tərəflər İsrail-İran münaqişəsi, regional və qlobal problemləri müzakirə ediblər.

Türkiyə lideri bildirib: “Bölgənin sabitliyi və təhlükəsizliyi üçün ən böyük təhlükə İsraildir. Gərginliyin azaldılması üçün İsraili dayandırmaq lazımdır”.