SEPAH general Xosrov Həsəninin öldürüldüyünü açıqladı

  • By Günel
  • 15 İyun 2025 09:29

İsrail Ordusunun hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava və Kosmik Qüvvələrinin Kəşfiyyat rəisinin müavini briqada generalı Xosrov Həsəni öldürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu özünün “Telegram’ kanalında məlumat yayıb.

“General Xosrov Həsəni – həftəsonu İsrailin hücumu zamanı həlak olub”, – məlumatda deyilir.

Həsəni ilə birlikdə İran Silahlı Qüvvələrinin keçmiş baş komandanı Əmir-Əli Hacızadə də ölüb.

Gununsesi.info