SEPAH-ın 8 komandiri öldürüldü - RƏSMİ

  • By Günel
  • 15 İyun 2025 14:10

İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailin hücumları nəticəsində Hərbi Kosmik Qüvvələrinin 8 komandirinin həlak olduğunu açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi saytında məlumat yayılıb.

“İnqilab Keşikçiləri Korpusunun yüksək komandanlığının tanınmış üzvləri – Mahmud Bagiri, Davud Şeyxian, Məhəmməd-Bağır Tahirpur, Mənsur Səfərpur, Məsud Tayyib, Xosrov Həsəni, Cavad Coursara və Məhəmməd Ağacəfəri amansız, lakin cəsarətli şəkildə həlak oldular”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, hücumun ilk dəqiqələrində (13 iyun) SEPAH komandanı Hüseyn Salami öldürülmüşdü.

Gununsesi.info