İran XİN-nin “dayanarlarsa, dayanacağıq” bəyanatına İsraildən “davam edəcəyik” cavabı

  • By Günel
  • 15 İyun 2025 14:53

İsrailin xarici işlər naziri Gideon Saar almaniyalı həmkarı İohan Vadeful ilə söhbətində deyib ki, İsrail İrana zərbələr endirməyə davam edəcək.

Gununsesi.info bildirir ki, o, Tehranı beynəlxalq hüququ pozmaqda ittiham edib və həmsöhbətinə İsrailin özünümüdafiə haqqını dəstəklədiyinə görə təşəkkür edib.

İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi isə Tehranda xarici diplomatlarla görüşü zamanı bildirib ki, İsrai təcavüzünü dayandırarsa, İran da hücumları dayandıracaq.

Gununsesi.info