Zaqatalada motosiklet aşdı - Sürücü öldü

  • By Günel
  • 15 İyun 2025 11:18

Zaqatalada motosiklet aşıb, sürücü ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Zaqatala rayonunun Mosul kəndi ərazisində baş verib.

Belə ki, motosiklet idarəetmədən çıxaraq aşıb.

Müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən sürücü 1958-ci il təvəllüdlü Osman Orucov göstərilən tibbi yardımlara baxmayaraq  dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Gununsesi.info