Ağstafada piyadanı maşın vurdu

  • By Günel
  • 14 İyun 2025 22:22

Ağstafa rayonunda, Poylu kənd yolunda piyadanı avtomobil vurub.

Gununsesi.info xəbər verir ki, ortayaşlı kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır. Piyadanın şəxsiyyəti dıqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info