
Hazırda həbsdə olan “Kanal 13” İnternet televiziyasının rəhbəri Əziz Orucov Umbakı müəssisəsindən Penitensiar Xidmətin 16 Saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
Bu barədə Gununsesi.info-ya jurnalistin həyat yoldaşı Lamiyə Çerpanova deyib.
Onun sözlərinə görə, Əziz Orucov saxlanma şəraitindən razıdır:
“Amma sağlıq durumu barədə yaxşı şeylər deyə bilməyəcəm. Bu gün görüşdə olarkən əsəblərinin çox gərgin olduğunu gördük. Səbəbsiz yerə əsəbləşir, əlləri qeyri-ixtiyari əsirdi. Sinir ağrıları və dözülməz baş ağrıları var. Nevroloji durumu bərbatdı. Hal-hazırda təyin olunmuş müəssisə həkimi tərəfindən müalicə alır”, – deyə jurnalistin xanımı əlavə edib:
“Bu vəziyyətdə uşaqları görüşə aparmağa tərəddüd edirik. Atalarını həmişə şən görüblər, əsəbi və gərgin görməklərini istəmirəm”.