
ABŞ Prezidenti Tramp bu gün rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığını təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, o, V.Putinin bu səhər zəng etdiyini bildirib.
D.Tramp qeyd edib: “Putin səhər zəng edib mənim doğum günümü təbrik etdi. Amma daha önəmlisi, onun çox yaxşı tanıdığı bir ölkə – İran haqqında danışdıq. Çox uzun danışdıq. Rusiya-Ukrayna məsələsinə az vaxt sərf etdik, çünki bu, gələn həftənin söhbətidir”.
ABŞ Prezidenti fikrini belə yekunlaşdırıb: “O, mənim kimi, bu İsrail-İran müharibəsinin bitməli olduğuna inanır və mən izah etdim ki, onun[Ukrayna ilə müharibəsi də bitməlidir”.
***
Prezidentlərin telefon söhbətində Ukrayna mövzusuna da qısaca toxunulub.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Söhbət zamanı Rusiya Prezidenti Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqları iyunun 22-dən sonra davam etdirməyə hazır olduğunu deyib.
V.Putin eyni zamanda həmkarını ad günü münasibətilə təbrik edib.
**
Bu gün Rusiya və ABŞ Prezidentləri telefonda danışıblar.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O deyib ki, 50 dəqiqə çəkən söhbət faydalı olub. Liderlər Yaxın Şərqdə gərginləşən vəziyyəti müzakirə ediblər.
Rusiya lideri Trampa ötən gün İran prezidenti və İsrailin baş naziri ilə apardığı telefon danışıqları barədə məlumat verib. V.Putin D.Trampa Rusiyanın İranın nüvə dosyesi ilə bağlı qarşılıqlı məqbul razılaşmalar tapmaq təklifini xatırladıb.
Tramp Yaxın Şərqdəki vəziyyəti çox narahatedici kimi qiymətləndirib.
Prezidentlər İranın nüvə proqramı üzrə danışıqlar yoluna qayıtmağı istisna etməyiblər.