Tovuzun bu kəndlərinə dolu düşdü

  • By Günel
  • 14 İyun 2025 23:33

Qeyri-sabit hava şəraiti nəticəsində Tovuz rayonunda bəzi kəndlərinə güclü yağış yağıb və dolu düşüb.

Gununsesi.info xəbər verir ki, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə yağan yağış sonradan doluya çevrilib.

Hər iki kəndə diametri kifayət qədər böyük olan dolu yağıb.

Hazırda ölkənin qərb bölgəsində küləkli, bəzi rayonlarda isə yağışlı hava şəraiti davam edir.

Gununsesi.info