
Azərbaycan milli komandasının cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəsini dayandırıb.
Gununsesi.info xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi ilk görüşündə məğlub olub.
73 kq çəki dərəcəsində yarışan 28 yaşlı cüdoçu 1/16 final mərhələsində Portuqaliyanı təmsil edən gürcüstanlı Otari Kvantidzeyə uduzub.
Bununla da titullu idmançı Paris olimpiadasından sonra ilk yarışında erkən məğlubiyyətlə mübarizəni dayandırıb.
Qeyd edək ki, bu gün Azərbaycan yığmasının digər üzvləri Rəşid Məmmədəliyev (73 kq) və Fidan Əlizadə (57 kq) də tatamiyə çıxacaq.