
Almaniyada keçirilən 2024-cü il Avropa çempionatında mübarizə aparan Şotlandiya millisinin azarkeşi əllərinin köməyi olmadan bir stəkan pivə içib.
Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, onun bu performansını ətrafdakılar alqışlarla qarşılayıblar.
Qeyd edək ki, iyunun 23-də Ştutqartdakı “Mercedes-Benz Arena”da Şotlandiya və Macarıstan yığmaları arasında qrup mərhələsinin üçüncü turunun oyunu keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Öncəki turlarda Şotlandiya İsveçrə millisi ilə 1:1 hesablı heç-heçə edib, turnirin açılış matçında isə Almaniya yığmasına 1:5 hesabı ilə uduzub.
Gununsesi.info