
ABŞ Prezidentliyinə namizəd Donald Tramp bu ölkənin ali təhsil ocaqlarında Fələstinə dəstək aksiyasl keçirən tələbələrdən danışıb.
Gununsesi.info ABŞ mediasına istinadən xəbər verir ki, Tramp “Biz Fələstin tərəfdarı nümayişləri yatıracağıq və tələbələri deportasiya edəcəyik” deyə bəyan edib.
Tramp İsrailin Qəzzaya hücumu ilə bağlı deyib ki, Netanyahu hökumətinin “terrorla müharibəni” davam etdirmək haqqını dəstəkləyir.
Donald Tramp əsasən yəhudi donorlardan ibarət qrupa bildirib ki, Ağ Evə qayıdarsa, kollec şəhərciklərində Fələstin tərəfdarı etirazları yatıracaq və əcnəbi tələbələri deportasiya edəcək.
Keçmiş prezident və Respublikaçıların ehtimal edilən namizədi Tramp İsrailin Qəzzadakı müharibəsinə qarşı nümayişləri “radikal inqilabın” bir hissəsi kimi qiymətləndirib.
Günay Mahirqızı
Gununsesi.info