Boliviyada çevriliş cəhdindən sonra saxlanılanlar var

Boliviyada uğursuz çevriliş cəhdindən sonra üç hərbi lider saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti general Xuan Xose Zuniqanın vəkili Conni Kastelaya istinadən məlumat yayıb.

Onların arasında çevriliş cəhdinin lideri general Xuan Xose Zuniqa, Hərbi Hava Qüvvələrinin generalı Marselo Xavyer Seqarra və vitse-admiral Xuan Arnes Salvador da olub. Üçü polis bölməsindədir.

Xatırladaq ki, iyunun 26-na keçən gecə Boliviyanın La-Pas şəhərində zirehli maşın prezident sarayının darvazalarına daxil olub.

Bir gün əvvəl ordu komandanlığından uzaqlaşdırılan general Xuan Xose Zuniqa silahlarla meydanda olub.

Boliviya prezidenti Luis Arce nazirlərin əhatəsində çevrilişə cəhd elan edib və xalqı demokratiya lehinə çevrilişə qarşı səfərbər olmağa çağırıb.

 

 

Gununsesi.info