Hindistanın Cammu və Kəşmir bölgəsində 10 ildən sonra ilk parlament seçkiləri keçiriləcək

  • By Günel
  • 17 Avqust 2024 14:43

Hindistanın Cammu və Kəşmir bölgəsində son 10 ildən sonra ilk dəfə 18 sentyabr-1 oktyabr tarixlərində parlament seçkiləri keçiriləcək.

 Gununsesi.info xəbər verir ki, seçki Komissiyasının sədri Rajiv Kumar mətbuat konfransında verdiyi açıqlamada, 90 yer üçün parlament seçkilərinin 3 mərhələdə keçiriləcəyini bildirib.

Kumar səsvermənin 18 sentyabr, 25 sentyabr və 1 oktyabrda keçiriləcəyini, nəticələrin isə oktyabrın 4-də açıqlanacağını qeyd edib.

Kumar Cammu və Kəşmirdə Parlament seçkiləri üçün region üzrə 12 mindən çox səsvermə mərkəzi yaradılacağını bildirib.

Qeyd edək ki, 2023-cü il dekabrın 11-də Konstitusiya Məhkəməsi Cammu və Kəşmirdə seçkilərin 2024-cü il sentyabrın 30-dək keçirilməsinə qərar vermişdir.

Günel

Gununsesi.info