Salyanda 44 yaşlı kişi bıçaqlanıb

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Salyan rayon sakini, 1980-ci il təvəllüdlü  Yusif Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən rayon sakini, əvvəllər məhkum olunmuş Samid Babayev saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırmalar davam etdirilir.

 

 

Gununsesi.info