Həbsdəki jurnalistin hökmü qüvvəsində saxlanıldı

Gəncə Apellyasiya Məhkəməsi  “Dunyaninsesi.az” xəbər saytının bş redaktoru Ərşad İbrahimlinin apellyasiya şikayətinə baxıb.

Gununsesi.info-nun xəbərinə görə, jurnalist günahsız olduğunu bildirib və birinci instansiya məhkəməsinin ləğvini, o cümlədən ona bəraət verilməsini tələb dib.

Lakin məhkəmə kollegiyası jurnalistin şikayətini təmin etməyib.

Jurnalist barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 8 il azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ərşad İbrahimlinin adı Avropa Şurasının “2023-cü ildə həbs edilən jurnalistlər” siyahısında olub.

Bundan əlavə, “Amnesty İnternational” Beynəlxaq insan haqları təşkilatı Ərşad İbrahimlini siyasi məhbus kimi tanıyıb.

Jurnalistin vəkili  Zabil Qəhrəmanov bu hökmdən kassasiya şikayəti verəcəklərini və daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklərini deyib.

Gununsesi.info