Trampın maliyyə kəsintiləri Kolumbiya Universitetini vurdu! 180 nəfər işdən çıxarıldı

ABŞ prezidenti Donald Tramp administrasiyası Fələstinə dəstək nümayişləri ilə əlaqədar Kolumbiya Universitetinə federal maliyyə ayırdığı 400 milyon dolları kəsərək universitet üçün ciddi maliyyə böhranı yaradıb. Bu, 180 əməkdaşın ixtisarı və bəzi tədqiqat layihələrinin dayandırılması ilə nəticələndi. Harvard və UPenn də oxşar maliyyə kəsilməsi ilə üzləşirlər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kolumbiya Universiteti ABŞ prezidenti Donald Tramp administrasiyasının Fələstinə dəstək aksiyalarına görə 400 milyon dollarlıq maliyyəni kəsməsindən sonra 180 əməkdaşın işinə xitam verildiyini açıqlayıb.

Kolumbiya Universiteti rəsmiləri maliyyə kəsilməsindən sonra maliyyələrini tarazlaşdırmaq üçün xərcləri azaltmağa qərar verdiklərini açıqladılar. Nəticədə federal fondlar tərəfindən dəstəklənən 180-ə yaxın işçi işdən çıxarıldı.

Universitetin sözçüsü Jessica Merfi, pensiya təşviqi proqramları kimi maliyyə çevikliyini artırmaq üçün bir sıra addımların atıldığını söylədi. O, Kolumbiyada bəzi tədqiqatların dayandırılacağını, davam edən layihələrin alternativ maliyyə mənbələri ilə davam etdiriləcəyini bildirib.

Merfi bu vəziyyətin xərçəng araşdırmalarından xroniki xəstəlik araşdırmalarına qədər bir çox layihəyə mənfi təsir edəcəyini vurğuladı.

Günel 

Gununsesi.info