Azərbaycanda çalışan amerikalı diplomat Tbilisidə NATO rəsmisi ilə görüşüb

ABŞ-nin müvəqqəti işlər vəkili Hüqo Qevara Tbilisidə yerləşən NATO-nun Əlaqələndirmə Ofisinin rəhbəri cənab Aleksandr Vinnikovla görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı ABŞ səfirliyin rəsmi səhifəsi yayıb.

Görüşdə NATO ilə tərəfdaşlıq fəaliyyəti və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub.

“Birləşmiş Ştatlar, Azərbaycan hərbi qulluqçularının “NATO-Gürcüstan 2025″ kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirakını yüksək qiymətləndirir və Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir”, -deyə, həmçinin görüşdə bildirilib.

 

Gununsesi.info