Xamenei ABŞ-la nüvə danışıqlarına hazır olduğuna işarə edib

Xamneyi İranın “düşmən”lə diplomatiyaya açıq olduğuna işarə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə AlArabiya News xəbər verir.

“Düşmənlə qarşılıqlı əlaqədə heç bir maneə yoxdur. Biz düşmənə ümid bağlamamalı və ya onun planlarımızı təsdiqini gözləməməliyik, lakin müəyyən hallarda onunla danışıqlarda heç bir ziddiyyət yoxdur”, – İranın Ali Rəhbəri İslam Respublikasının yeni hökuməti ilə görüşdə deyib.

Nəşr qeyd edir ki, Xamneyinin sözləri İranın ABŞ-la nüvə danışıqlarını bərpa etməyə potensial hazırlığından xəbər verir.

 

 

Gununsesi.info