
“İndi Rusiya lideri Vladimir Putinlə istənilən dialoq mənasızdır, çünki o, müharibəni diplomatiya yolu ilə bitirməyə çalışmır”.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Putin diplomatiyanı Ukrayna ərazisinin 30%-nin ona verilməsi şərtləri ilə istəyir:
“Bu gün Putinlə dialoq mənasızdır, o, müharibənin diplomatik yolla bitməsini istəmir. O, “diplomatik olaraq” ona torpaqlarımızın 30%-ni verməyimizi istəyir”.
Gununsesi.info