
Bir neçə ay bundan əvvəl hədə-qorxu cinayəti ittihamı üzrə həbs edilən “Gundəlik Bakı” qəzetinin və bir neçə sayta rəhbərlik edən Habil Vəliyevin istintaqı zamanı ondan zərərçəkənlərin sayı artıb.
Gununsesi.info-nun xəbərinə görə, istintaq müddətində ona qarşı yeni epizodlar üzrə ittiham elan olunub.
Bununla da Habil Vəliyevayrı ayrı-ayrı 4 şəxsə hədə qorxu gələrək pul tələb edib.
Xatırladaq ki, ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə H.Vəliyev haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, H.Vəliyev 5 il əvvəl şantaja görə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O, bu dəfə də Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Afət
Gununsesi.info