
200 milyardlıq sərvəti ilə dünyada sıralamasında üçüncü yerdə olan fransız Bernard Arnaulta aid “Kristian Dior” firmasının qeyri – leqal təhcizat sexi ilə işbirliyi ifşa edildi.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, italyan polisi ölkədəki qeyri – leqal işçilərin çalışdığı yerlərə reyd edərkən, inanılmaz gerçəklər ortaya çıxıb.
“Reuters” agentliyinin verdiyi xəbərə görə, mart və aprel aylarında prokurorluq araşdırmaları və polis reydlərində, işçilərin fabrikdə yatdıqalrı, gecə və istirahət günlərində belə çalışdıqları ortaya çıxdı.
Diorun siafarişlərini yerinə yetirən podratçı Çin firmalarını Asiyadan gətirdikləri işçilərin əksəriyyətinin qeyri – leqal şəkildə və iş icazəsi olmadan çalışdıqları məlum olub.
Diorun İtaliyada fəaliyyət göstərən belə bir firmasına edilən reyd zamanı, hüquq – mühafizə orqanları qiyməti 2800 dollara olan çantanın çinlilərdən 57 dollara alınması haqda müqavilə sənədləri üzə çıxıb.
Kristian Diorla yanaşı , məhşur Armani firması da istintaqa cəlb olunb. Məlum olub ki, onlar da 1900 dollara satdıqları çantaları çinli işçilərə 99 dollara sifariş etdikləri məlum olub.
Xəqani
Gununsesi.info