
“Arqument.az” xəbər saytının baş redaktoru Şəmşad Ağa “Toplum TV İşi” üzrə istintaqda dindiriləcək.
Gununsesi.info bildirir ki, bu barədə jurnalist özü sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Bakı Şəhər Baş Polis İdarəsindən ona bu barədə bildirilib:”Sabah saat 15:00-da “Toplum TV işi” ilə bağlı Bakı Baş Polis İdarəsinə şahid qismində ifadəyə çağırıldım”.
Qeyd edək ki, Şəmşad Ağa 2 il öncə Toplum TV-dən ayrılmışdı.
Günay
Gununsesi.info