
Çərşənbə günü Fransanın paytaxtı Parisdə minlərlə insan ötən həftə keçirilən növbədənkənar ümumi seçkilərin birinci turunda ifrat sağçı “Milli Birlik” (RN) partiyasının ən çox səs toplamasına etiraz etmək üçün küçələrə çıxıb.
Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki, sağçı “Milli Birlik” (RN) partiyasının ümumi seçkilərin birinci turunda ən çox səs qazanmasına etiraz edən minlərlə insan, seçiciləri ikinci turda ifrat sağçıların yüksəlişinin qarşısını almağa çağırıb.
Nümayiş bir çox birliklərin, müstəqil medianın və qeyri-hökumət təşkilatlarının (QHT) dəstəyi ilə keçirilib.
Fransa Prezidenti Emmanuel Makronun mərkəzçi partiyası solçu alyans “Yeni Xalq Cəbhəsi” (NFP) Milli Mitinqin 289 mandat çoxluğunu qazanmasının qarşısını almaq üçün hərəkətə keçib.
Onlar növbəti bazar günü keçiriləcək ikinci turda “Milli Birlik”ə qarşı güclü namizədləri dəstəkləmək üçün üçüncü yeri tutduqları bölgələrdən namizədlərini geri götürəcəklərini açıqlayıblar.
“Milli Cəbhə” kimi tanınan bu strategiya keçmişdə ifrat sağçıların siyasi səhnədən kənarda qalmasını təmin etmək üçün istifadə olunub.
Seçicilər kütləvi şəkildə hərəkətə keçsələr, “Milli Birlik” partiyasının parlamentdə mütləq çoxluq qazanmasının qarşısı alına bilər, lakin bu məqamda seçici yorğunluğu əsas maneə kimi önə çıxır.
Fransa İnsan Haqları Liqasının (LDH) nümayəndəsi Laila İdtaleb seçicilərin yorğunluğuna toxunanraq deyib:
“Hər bir seçkidə ifrat sağçıların əleyhinə səs verməkdən yorulmuşuq, lakin bu seçkilər digərlərindən fərqlidir, çünki ifrat sağçıların mövqeyi hakimiyyətin astanasındadır və mütləq çoxluğu qazanma qabiliyyətinə malikdir”.
Seçkilərdə iştiraka gəlincə, gənclər səs verməkdən yayınır, gəlirləri yüksək olan yaşlı nəsil isə daha çox səs verir.
Ceyhun
Gununsesi.info