“Gold Məkan”ın qanunsuzluqlarını dayandırın! - ŞİKAYƏT

  • By admin
  • 04 İyul 2024 15:34

Bakı şəhər sakinləri Fətullayeva Adilə Adil qızı, Məhərrəmova Sevinc Zaid qızı, Salamova Sevda Məmməd qızı, Məmmədov Rüfət Asif oğlu, Eyvazov Yaqub Cəmil oğlu, Əliyev Əflatun Arif oğlu  mülkiyyət hüquqları pozulduğu üçün   məhkəməyə müraciət edib.

Bu barədə Gununsesi.info-ya ya danışan onların vəkili Abbas Quliyev bildirir ki, Nərimanov Rayon Məhkəməsində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski, Faiq Yusifov və Ağa Neymətulla küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.6 ha sahəsində sözügedən ərazidə qanunsuz inşa edilən hasarların sökülməsi, sakinlərin əvvəlki kimi əraziyə giriş-çıxışının bərpa edilməsi, tikinti və söküntü işlərinin dayandırılması, tikinti ilə bağlı olaraq ərazidən istifadə edilməsinin, “Gold Məkan” MMC-yə həmin əraziyə daxil olmasının qarşısının alınması, həmin ərazidə hər hansı bir fəaliyyət göstərməsinin qadağan edilməsi, həmin ərazinin əvvəlki vəziyyətinin “Gold Məkan” MMC-nin hesabına bərpa edilməsi barədə iddia ərizəsi üzrə işə baxılır.

“Həmçinin vətəndaşlar Fətullayeva Adilə Adil qızı, Məhərrəmova Sevinc Zaid qızı, Salamova Sevda Məmməd qızı, Məmmədov Rüfət Asif oğlu, Eyvazov Yaqub Cəmil oğlu, Əliyev Əflatun Arif oğlu müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski, Faiq Yusifov və Ağa Neymətulla küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.6 ha sahəsində (Bakı şəhər İcra Hakimiyyətinin başçısının Yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin “Gold Məkan” MMC-nin icarə əsasında istifadəsinə verilməsi haqqında 21 sentyabr 2023-cü il tarixli, 164 nömrəli sərəncamından irəli gələn) sözügedən ərazidə söküntü və tikinti işlərinin dayandırılması, tikinti ilə bağlı olaraq ərazidən istifadə edilməsi, həmin əraziyə daxil olunması, həmin ərazidə hər hansı bir fəaliyyət göstərilməsi yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək “Gold Məkan” MMC-yə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdilər.

 

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16(005)-84/2024 saylı, 12.03.2024-cü il tarixli qərardadına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1871/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ev 58 ünvanında yerləşən binanın ətrafında söküntü, tikinti və binanı qəzalı vəziyyətə sala biləcək hər hansı bir fəaliyyət göstərilməsi “Gold Məkan” MMC-yə və digər şəxslərə qadağan edilmişdir.

Bundan əlavə iddiaçılar Fətullayeva Adilə Adil qızının, Məhərrəmova Sevinc Zaid qızının, Abdullayeva Sima Əhməd qızının, Bağırov Yusif Cəfər oğlunun, Salamova Sevda Məmməd qızının, Yusifova Səadət Məmməd qızının, Səlimli Səxavət Miralı oğlunun, Məmmədov Rüfət Asif oğlunun, Eyvazov Yaqub Cəmil oğlunun, Əliyev Əflatun Arif oğlunun, Əliyeva Naibə Hidayət qızının cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbini irəli sürərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iddia üzrə məhkəmə mübahisəsi davam edir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15(103)-94/2024 saylı, 21.05.2024-cü il tarixli qərardadına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının yaşayış kompleksinin tikintisi məqsədi ilə torpaq sahəsinin “Gold Məkan” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi haqqında 21 sentyabr 2023-cü il tarixli, 164 nömrəli sərəncamın icrası, o cümlədən söküntü və tikinti işlərinin aparılması ərizəçi Fətullayeva Adilə Adil qızına münasibətdə dayandırılmışdır.

Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemetulla küçəsi, 58 ünvanında yerleşen məhelleye gediş-geliş yolunun bağlanılaraq “Gold Məkan” (“Rahatlığın makanı”) MMC tərəfindən tikinti işlərinin apanlması haqqında vətəndaşların Azərbaycan Respublikasının Dövlət Şəhərsalma va Arxitektura Komitəsinə ünvanlanmış 13.10.2023-cü il tarixli müraciətinə Bakı Şəhər Memarlıq və Şehersalma Baş İdarəsində baxılmışdır. Təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 21.09.2023-cü il tarixli 164 nömrəli Sərəncamına əsasən Nərimanov rayonu, Fatali Xan Xoyski, Faiq Yusifov ve Ağa Nemətulla küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,6 ha torpaq sahəsi dövlətə məxsus 56 saylı uşaq bağçası-körpələr evinin ve transformator stansiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlərin aidiyyəti üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və “Azərişıq” ASC ilə razılaşdırılması, həmin ərazidə qeydə alınmış digər daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilən) ilə əmlak-hüquq münasibətlərinin mülki qanunvericiliyin tələbləri əsasında həll edilməsi və kommunikasiya xətlərinin mühafizə zonasına dair tələblərin gözlənilməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün icarə asasında “Gold Makan Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, “Gold Məkan” MMC tərəfindən sənədləşmə işləri tam başa çatdırılmadan mövcud yaşayış binalarının sökülərək yerində hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə hamin ərazinin taxta lövhələrlə hasarlanması müşahidə edilmişdir.

Ərazi hasarlanmağa başlanan vaxtdan bu günə qədər iddiaçılar Prezidentin Administrasiyasına, Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə və digər qurumlara yüzdən çox müraciət edilmiş, həmçinin sosial şəbəkələrdə dəfələrlə çıxışlar edilmişdir. Lakin bu günə qədər məhkəmə qərardadları əsassız olaraq, qəsdən Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən icra edilmir. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olmuşdur. Vətəndaşlar bu məsələnin ictimailəşməsini, aidiyyəti qurumların və tikinti şirkətinin bu qanunsuz əməllərinə son qoyulmasını tələb edir”.

Elmar

GUNUNSESİ.İNFO