İlham Əliyevin iştirak etdiyi ziyafətdə “Ey Vətən” səsləndi - Video

Bu gün Qazaxıstanın Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı keçirilir.

Gununsesi.info xəbər verir ki, iyulun 4-də toplantı iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib. Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib.

Ziyafətdən yayılan kadrlarda sözləri Aslan Abdullayev, musiqisi Elza İbrahimovaya məxsus “Ey Vətən” mahnısı ifa edilib.

Oxu.az-ın sözügedən videosunu təqdim edirik: