
Hindistanın şimal-şərqində leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 48-ə yüksəlib.
Gununsesi.info xəbər verir ki, hind mətbuatına istinadən xəbər verir ki, ölkənin şimal-şərq əyalətlərində güclü yağışlar və daşqınlar təsirini davam etdirir.
Səlahiyyətlilər Assam və Manipur əyalətlərində daşqınlar nəticəsində həyatını itirənlərin sayının 48-ə çatdığını açıqlayıblar.
Bildirilir ki, bölgədəki yaşayış evlərinin yağış və daşqınlardan təsirləndiyini və minlərlə insanın bölgədən təxliyə edilib.
Hindistan Meteorologiya İdarəsi (IMD) şimal-şərq ştatları üçün qırmızı təhlükə elan edib.
Hər il iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları bölgəyə böyük ziyan vurur.
Alimlər son illərdə Banqladeşdə və Hindistanın şimal-şərq bölgələrində müşahidə edilən nizamsız və həddindən artıq yağışların iqlim dəyişikliyi ilə bağlı olduğunu deyirlər.
Ceyhun
Gununsesi.info