Aİ ucuz malların qarşısını almağa hazırlaşır

Avropa İttifaqı Çindən gələn ucuz məhsullara gömrük rüsumları tətbiq etməyə hazırlaşır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu addım Temu, AliExpress və Shein kimi şirkətlərdən gələn mal axını ilə mübarizə məqsədi daşıdıyır.

Bildirilir ki, mövcud qaydalara görə, dəyəri 150 avrodan aşağı olan mallar Avropa Birliyinə (Aİ) üzv olmayan ölkələrdən rüsumsuz idxal oluna bilər. Bu hədddən yuxarı olan məhsullar üçün faiz və ya dərəcə malların növündən asılı olaraq dəyişir.

Bildirilir ki, bu addımla Aİ Çinin Temu, AliExpress və pərakəndə satış mağazası Shein onlayn bazarlarından idxal edilən keyfiyyətsiz məhsulların axını ilə mübarizə aparmağı hədəfləyir.

Komissiyanın məlumatına görə, keçən il Aİ-yə 150 ​​avro həddi altında 2,3 milyard məhsul idxal edilib.

Bütün mallara nəzər salsaq, Çin keçən il blokun ən böyük idxalçısı olub və AB-yə gələn malların 20,5 faizini təşkil edib.

Komissiya 2023-cü ilin may ayında keçirilməsi gözlənilən gömrük islahatının bir hissəsi olaraq gömrük rüsumundan azad edilməsinin dayandırılmasını bir müddətdir müzakirə edir.

Lakin bu addımın indi irəli sürülə biləcəyi düşünülür.

Tariflər yalnız blokdan kənardan Aİ-yə mal göndərən pərakəndə satıcılara şamil olunacaq. Bu o deməkdir ki, Amazon kimi Avropada bazası olan satıcılar çətin vəziyyətdə olmayacaq.

Digər tərəfdən, AB-nin ucuz malların Avropa bazarlarına axınının qarşısını almaq məqsədi daşıyan gömrük rüsumuna müsbət və mənfi reaksiyalar var.

Bəziləri yeni tariflərin onsuz da həddindən artıq yüklənmiş gömrük işçilərinin imkanlarını gərginləşdirəcəyindən narahat olsa da, digərləri ucuz mallara qoyulan məhdudiyyətlərin Avropanın təhlükəsizliyi üçün vacib olduğunu iddia edir.

Fevral ayında European Toy Industries qrupu Temudan 19 oyuncaq aldığını iddia edib və onların heç birinin AB standartlarına uyğun olmadığını bildirmişdi.

Bu məhsullardan 18-nin uşaqlar üçün ciddi risk olduğu bildirilsə də, bu məhsulların hamısı Temunun AB saytından silinib.

Eyni zamanda ucuz məhsullarla bağlı digər şikayətlər Çindən gələn kosmetika, elektrik cihazları və geyimlərə aiddir.

Şeynin sözçüsü bildirib ki, “biz qanunvericilərin “de minimis bəndi”ni islahat etmək səylərini tam dəstəkləyirik”.

“De minimis” qaydası o deməkdir ki, rəqabətə təsiri cüzi olacaq qədər kiçik olan çox kiçik müəssisələr arasında müqavilələr qadağadan çıxarılır.

 

 

Şəbnəm

Gununsesi.info