
NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Polşa alyansın şərq cinahında hərbi qüvvələrinin mövcudluğunu artırmağa çalışacaq.
Gununsesi.info-nun məlumatına görə, bu barədə jurnalistlərə Prezident Anjey Duda Slovakiyadan olan həmkarı Peter Pelleqrini ilə danışıqlardan sonra məlumat verib.
“Mən prezident Peter Pelleqrininə dedim ki, əlbəttə ki, NATO-nun daha güclü mövcudluğu üçün səy göstərəcəyəm”, – deyə o söyləyib.
Qeyd edək ki, 2023-cü ilə qədər Polşada NATO ölkələrindən 12 mindən çox hərbi qulluqçu, o cümlədən ABŞ-dan olan 10 min hərbçi var idi.
Ceyhun
Gununsesi.info