Rusiya Hindistanda tank üçün zirehli güllələr istehsal edəcək

Rusiyanın müdafiə sənayesi şirkəti “Rostec” ölkə istehsalı olan döyüş tankları üçün zirehli deşici güllələrin Hindistanda istehsal ediləcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, “Rostec” tərəfindən bildirilən açıqlamada Hindistanda “Manqo” adlı zirehli deşici güllələrin istehsal olunacağı qeyd edilib.

Açıqlamada “Manqo”nun Rusiya istehsalı olan “T-72”“T-90” model tanklarında istifadə edildiyi və bu tankların Hindistan ordusunda da olduğu bildirilib.

Məlumatda vurğulanır ki, “Rostec”in Hindistanda da barıt istehsal etməyi planlaşdırdığına dair məlumatlar yer alıb.

 

 

 

Ceyhun

Gununsesi.info