
“Hüseyn Abdullayevin istintaqının bitməsi və cinayət işinin məhkəməyə göndərilməsi barədə bəzi xəbər saytlarında yazılan məlumatlar doğru deyil”.
Bunu Gununsesi.info-ya açıqlamasında hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin vəkili Ceyhun Yusifov müdafiə etdiyi şəxsin cinayət işinin məhkməyə göndərilməsi barədə yayılan xəbərləri şərh edərkən deyib.
Vəkilin sözlərinə görə, cinayət işinin istintaqı bitən zaman onlara iş materialları ilə tanış olmaq imkanı veriləcək:
“Bu proseslər bir neçə gün çəkəcək. Cinayət işinin istintaqı ilə tanış olduqdan sonra vəsatət və rəylərimizi bildirəcəyik. Yalnız bundan sonra ittiham aktı məhkəməyə göndəriləcək”.
Vəkil, həmçinin onu da bildirib ki, iş materiallarında Hüseyn Abdullayevin cinayət törətməsini sübut edən heç bir dəlil yoxdur.
Elmar
Gununsesi.info