Türkiyə 15 yaşdan kiçik və 50 yaşdan yuxarı iraqlılara vizanı ləvğ edib

Sentyabrın 1-dən etibarən 15 yaşından kiçik və 50 yaşdan yuxarı iraqlıların Türkiyəyə vizasız daxil ola biləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Rəsmi qəzeti məlumat yayıb.

Rəcəb Tayyib Ərdoğanın imzası ilə dərc edilən fərmana əsasən, İraq Respublikasının 15 yaşdan kiçik və 50 yaşdan yuxarı ümumvətəndaş pasporto olan şəxslər Türkiyəyə turistik səfərləri və tranzit biletləri ilə vizadan azaddırlar.

Rəsmi Qəzetdə dərc olunan qərara görə, 15 yaşdan kiçik və 50 yaşdan yuxarı iraqlılar Türkiyəyə 90 günlük yaşayış vizasından azad ediləcək.

Bildirilir ki, qərar 6458 saylı Əcnəbilər və Beynəlxalq Mühafizə Qanununun 18-ci maddəsinə uyğun olaraq qəbul edilib.

resmi gazete karar - Sputnik Türkiye, 1920, 29.08.2024

 

Gununsesi.info