
Fransa prezidenti Emmanuel Makron bildirib ki, biznesmen və Telegram-ın qurucusu Pavel Durova ölkə vətəndaşlığının verilməsinə görə “tam məsuliyyəti öz üzərinə götürür”.
Gununsesi.info xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
O, digər ölkələrin tanınmış iş adamlarına, idmançılarına, incəsənət xadimlərinə vətəndaşlıq verilməsini düzgün hesab etdiyini bildirib.
Makron jurnalistlərə həmçinin Telegram qurucusunun Parisə səfəri zamanı Pavel Durovla görüşmək niyyətində olmadığını bildirib: “Mən cənab Durovu nə keçən həftə sonu, nə də yaxın günlərdə görməməliydim. Onun Parisə gəldiyini bilmirdim. Fransa ədaləti bu məsələdə müstəqil hərəkət edir. Şəffaflığı təmin edən isə istintaq hərəkətlərini həyata keçirən hakimlər və müstəqil təşkilatlardır”.
Qeyd edək ki, hazırda Durov məhkəmə nəzarəti altındadır, ona Fransa ərazisini tərk etmək qadağan edilib və 5 milyon avro məbləğində girov ödəməlidir.
Həmçinin bildirilir ki, Durov həftədə iki dəfə polis idarəsinə gəlməlidir.
Şəbnəm
Gununsesi.info