İsrail ilk dəfə fələstinlilərin geri qayıtmasına icazə verdi -BMT-dən açıqlama

Oktyabrın 7-dən sonra alınan təxliyə qərarları ilə yerindən-yurdundan didərgin düşən fələstinlilərə ilk dəfə olaraq geri dönmə icazəsi verildiyi açıqlanıb.

Gununsesi.info xəbər verir ki, BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib ki, İsrail ilk dəfə olaraq evakuasiya əmri ilə məcburi köçkün vəziyyətinə düşmüş fələstinlilərin Qəzzada bəzi bölgələrə qayıtmasına icazə verib.

Düjarrik gündəlik mətbuat konfransında BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) hesabatına əsaslanaraq Qəzzada didərgin düşmüş fələstinlilərin vəziyyəti ilə bağlı məlumat verib: “Qəzzadakı İsrail səlahiyyətliləri köçkünlərin Deyr əl-Bələhdəki müəyyən ərazilərə qayıda biləcək. Bu, evakuasiya edilmiş əraziyə qayıtmağa rəsmi icazə verilən ilk haldır”.

İsrailin Fələstinli mülki vətəndaşlar üçün dəfələrlə təxliyə qərarları verdiyini vurğulayan Düjarrik bunun avqustun əvvəlindən bəri BMT-nin humanitar yardım səylərini ciddi şəkildə pozduğunu qeyd edib.

Dujarric, İsrailin yük maşınlarının keçməsinə icazə vermədiyi üçün Qəzzanın Rəfah bölgəsində yaşayan 1200-dən çox ailənin içməli su əldə edə bilmədiyi məlumatını da paylaşıb.

Sözçü Düjarrik, su çatışmazlığı səbəbindən dəri xəstəliklərinin ən çox qadınlar və uşaqlar arasında yayıldığını və bunun üçün lazımi müalicənin olmadığını bildirib.

Düjarrik həmçinin bildirib ki, dəniz suyu Rafah şəhərinin şimal-qərbində yerləşən Əl-Məvasi bölgəsində köçkün dinc sakinlərin sığındığı çadırları basıb.

 

 

 

İlhamə

Gununsesi.info