Qadını şantaj edib 3000 tələb etdi

  • By Günel
  • 19 Oktyabr 2024 19:13

Gəncədə qadın fotoları ilə hədələnib. 

DİN-in Mətbuat xidmətindən Gununsesi.info – ya verilən məlumata görə, xanım sosial şəbəkədə tanış olduğu Sadiq adlı şəxsin ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini və 3000 manat pul verməyi tələb etdiyini deyir.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sadiq Salehov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info