Sumqayıt-Bakı yolundakı tıxacın həlli üçün hansı addımlar atılır?


Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdir müavini Tərlan Səfərov Trend-in sualına cavab olaraq deyib.

O bildirib ki, hazırda bütün diqqət Sumqayıt-Bakı yolunun üzərində işləyən avtobuslara yönəlib.

“Çünki biz fikirləşirik ki, Sumqayıt-Bakı istiqamətində 20 Yanvar tıxacının həlli ictimai nəqliyyatın inkişafından keçir.

Ona görə də bu xətt üzrə avtobusların həm artırılması, həm də müasirləşdirilməsi plandadır”.

Gununsesi.info