
Gürcüstanda yaşayan azərbaycanlıların növbəti qrupunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri davam edir.
Gununsesi.info -nun xəbərinə görə, 30 nəfərdən ibarət qrup bu gün Xankəndi şəhərində olub.
Qonaqlar Xankəndi şəhərini gəziblər. Onlara şəhər haqqında, eləcə də burada həyata keçirilən tikinti-quruculuq işləri barədə geniş məlumat verilib.
Nümayəndə heyəti Qarabağ Universitetində olub.
Gununsesi.info